Tansu Çillər: "Türkiyə Ayasofya məsələsinə həmişə həssas yanaşıb"

Tansu Çillər: "Türkiyə Ayasofya məsələsinə həmişə həssas yanaşıb" 86 ildən sonra ilk dəfə iyulun 24-də Ayasofyada Cümə namazı qılınıb.
Region
24 İyul , 2020 16:04
Tansu Çillər: Türkiyə Ayasofya məsələsinə həmişə həssas yanaşıb

Türkiyənin keçmiş baş naziri Tansu Çillər Ayasofya məscidinin açılış mərasimində iştirak edib.

“Report” xəbər verir ki, məlumatı “CNN Turk” yayıb.

“Ayasofya əslində dünyanın mədəni irsidir. Türkiyə bu məsələyə həmişə həssaslıqla yanaşıb, bundan sonra da belə yanaşacaq”, - 74 yaşlı keçmiş baş nazir vurğulayıb.

Qeyd edək ki, Tansu Pənbə Çillər 1993-cü il iyunun 25-dən 1996-cı il martın 6-dək Türkiyənin 25-ci hökumətinin baş naziri olub.

Xatırladaq ki, iyulun 24-də Ayasofyada 86 ildən sonra ilk dəfə Cümə namazı qılınıb.

Son xəbərlər

Orphus sistemi