CHP Türkiyədə keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün MSK-ya müraciət edib

CHP Türkiyədə keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün MSK-ya müraciət edib Partiya sədrinin müavini Erdal Aksüngər bununla bağlı ərizəni komossiyaya təqdim edib
Region
18 Aprel , 2017 14:01
CHP Türkiyədə keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün MSK-ya müraciət edib

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin əsas müxalifət təşkilatı sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, partiya sədrinin müavini Erdal Aksüngər aprelin 18-də bununla bağlı ərizəni komissiyaya təqdim edib.

Məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun referendumu müşahidə edən nümayəndə heyətinin üzvləri və başçısı Tana de Zulueta MSK-ya gediblər.

Son xəbərlər

Orphus sistemi