Cənubi Qafqazda üçtərəfli əməkdaşlığın qurulmasında Gürcüstanın rolu müzakirə olunub

Cənubi Qafqazda üçtərəfli əməkdaşlığın qurulmasında Gürcüstanın rolu müzakirə olunub Gürcüstan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ditmir Buşati ilə onlayn formatda görüş keçirib.
Region
1 Fevral , 2021 20:06
Cənubi Qafqazda üçtərəfli əməkdaşlığın qurulmasında Gürcüstanın rolu müzakirə olunub
Ditmir Buşati

Gürcüstan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ditmir Buşati ilə onlayn formatda görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradzenin sözlərinə görə, görüşdə Gürcüstanda daxili siyasi proseslər, işğal altında olan ərazilərdəki vəziyyət müzakirə olunub, Avropa İnsan Hüquqları Məhkəməsinin Gürcüstanın xeyrinə qəbul etdiyi qərara da toxunulub.

Tərəflər həmçinin Cənubi Qafqazda mövcud vəziyyəti də nəzərdən keçiriblər. Qeyd olunub ki, Azərbaycan və Ermənistanla mehriban qonşuluq və dost münasibətlərinə malik olan Gürcüstanın üçtərəfli əməkdaşlıq formatının qurulmasında rolu əhəmiyyətlidir.

Görüşdə Gürcüstan parlamentinin sədr müavini Kaxaber Kuçava və Avrointerqasiya komitəsinin rəhbəri Maka Boçorişvili də iştirak edib.

Son xəbərlər

Orphus sistemi