Bakı. 16 yanvar. REPORT.AZ/ Çeçenistanda yanvarın 9-dan indiyədək terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 60-dan çox adam tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali-Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, həmin müddət ərzində güc strukturlarına müqavimət göstərən 4 silahlı öldürülüb.
Çeçenistanın başçısı Ramzan Kadırovun sözlərinə görə, İŞİD tərəfində idarə edilən dəstənin üzvü axtarışda olan İmran Datsayev adlı terrorçu yanvarın 14-də Şimali Qafqaz bölgəsini tərk etmək istəyərkən tutulub.