Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyənin sabiq xarici işlər naziri Mevlüt Çavuşoğlunun xidməti avtomobili yanıb.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, hadisə Antalya şəhərindəki Gazi bulvarında baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobilin mühərrik hissəsi gözlənilmədən yanmaya başlayıb. Nəticədə mühərrik sıradan çıxıb.
Hadisə zamanı nazirin avtomobildə oduğu bildirilir.
