Çavuşoğlu: “Türkiyə Kiprdəki hərbi gücünü artıracaq”

Çavuşoğlu: “Türkiyə Kiprdəki hərbi gücünü artıracaq” “Türkiyə Kiprdə hərbi gücünü artıracaq və kiprli türklərinin maraqlarını qorumaq üçün adanın şimalını bütün lazımi silahlarla təmin edəcək”.
Region
29 Sentyabr , 2022 20:35
Çavuşoğlu: “Türkiyə Kiprdəki hərbi gücünü artıracaq”

“Türkiyə Kiprdə hərbi gücünü artıracaq və kiprli türklərin maraqlarını qorumaq üçün adanın şimalını bütün lazımi silahlarla təmin edəcək”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pamukkale Universitetinin tələbələri ilə görüşündə deyib.

Türkiyə XİN başçısı Ankaranın adanın türk icmasının maraqlarını müdafiə etmək üçün bütün lazımi addımları atacağını vurğulayıb.

“Bütün dünya qarşımızda dayansa belə, Türkiyə öz mövqeyindən dönməyəcək və Kiprdə, eləcə də Egey və Aralıq dənizlərində öz maraqlarını müdafiə edəcək”, - Çavuşoğlu bildirib.

O əmin edib ki, Ankara Şimali Kipri ​​dəstəkləmək üçün bütün imkanlardan istifadə edəcək.

Son xəbərlər

Orphus sistemi