Çavuşoğlu Rusiyaya səfər edib

Çavuşoğlu Rusiyaya səfər edib Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.
Region
269
16 Mart , 2022 02:36
Çavuşoğlu Rusiyaya səfər edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında bildirib.

"Antalya forumundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq", - Çavuşoğlu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş olacaq. Tərəflər Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın gedişatını müzakirə edəcəklər. Nazirlər Ukraynadaxili böhranın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Son xəbərlər

Orphus sistemi