Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılmaq üçün Rumıniyada səfərdədir

Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılmaq üçün Rumıniyada səfərdədir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə səfərdədir
Region
29 Noyabr , 2022 00:03
Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılmaq üçün Rumıniyada səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə XİN başçısı tviterdə bildirib.

Diplomatın Balkan ölkəsinə səfəri bu ölkədə keçiriləcək NATO XİN başçıları toplantısında iştirak etməsi ilə əlaqədardır.

Qeyd edək ki, 30 NATO üzvünün xarici işlər nazirlərinin ikigünlük görüşü noyabrın 29-30-da Rumıniyada keçirilməsi təsadüfi deyil. Təşkilatın rəhbərliyi bununla da NATO-nun şərq cinahına və Rusiyanın Ukraynaya hücumundan sonra Alyansın xüsusi diqqətini çəkən Qara dəniz regionuna dəstək nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi