Çavuşoğlu: “Payız aylarında Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq”

Çavuşoğlu: “Payız aylarında Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq” “Payız aylarına doğru müharibənin daha da şiddətlənəcəyindən narahatıq”.
Region
7 Aprel , 2023 13:32
Çavuşoğlu: “Payız aylarında Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq”

“Payız aylarına doğru Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə müharibənin ilk günündən bəri tərəflər arasında sülhün əldə olunmasına çalışır: “Bu istiqamətdə səylərimizi davam etdiririk. Hər iki tərəf İstanbulda görüşəndə sülhə çox yaxın idi, amma təəssüf ki, bu, olmadı”.

Nazir söyləyib ki, Türkiyənin sülh istiqamətindəki səyləri bundan sonra da davam edəcək.

Son xəbərlər

Orphus sistemi