"Caspian Energy Georgia” Gürcüstanda bir neçə şirkəti təmsil edəcək

"Caspian Energy Georgia” Gürcüstanda bir neçə şirkəti təmsil edəcək Şirkət fəaliyyətini genişləndirəcək
Region
29 Sentyabr , 2017 00:34
Caspian Energy Georgia” Gürcüstanda bir neçə şirkəti təmsil edəcək

Tbilisi. 29 sentyabr. REPORT.AZ/ “Caspian Energy Georgia” şirkəti Gürcüstanda fəaliyyətini genişləndirəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şirkət Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un mənafelərini təmsil edəcək.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib ki, şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılır.

“Caspian Energy Georgia” Tbilisi və Batumidə biznes-forum, CEO lunch, trenninq, seminar və “dəyirmi masa”ların, illik “Caspian Energy Forum”un təşkili ilə məşğul olacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq “Caspian Energy Award”, “Caspian Business Award”, “Caspian CEO Award” və “Brand Award” mükafatlarının təqdimetmə mərasimləri təşkil olunacaq. Gələcəkdə Gürcüstanın iqtisadi inkişafına və investisiya cəlbediciliyinə həsr olunacaq ayrıca rüblük “Caspian Energy” jurnalının çapı planlaşdırılır.

“Caspian European Club Georgia” və “Caspian American Club Georgia”ya üzv olan bütün şirkətlər Azərbaycan, Qazaxıstan və Türkiyədə “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy İnternational Media Group”un himayəsi ilə keçiriləcək bütün tədbirlərdə ödənişsiz əsaslarla iştirak edə biləcəklər”, - deyə, T. Əliyev vurğulayıb.

Şirkət bu gün Tbilisidə Gürcüstan hökumətinə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi