Camal Qaşıqçının qətlinin səs yazısı onun “Apple Watch” saatına yazılıb

Camal Qaşıqçının qətlinin səs yazısı onun “Apple Watch” saatına yazılıb Bakı. 13 oktyabr. REPORT.AZ/ “Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil omazdan əvvəl jurnalist Camal Qaşıqçı “İPhone” smartfonunu nişanlısına verib və “Apple Watch” saatını isə səsyazan rejiminə keçirib”.
Region
675
13 Oktyabr , 2018 15:10
Camal Qaşıqçının qətlinin səs yazısı onun “Apple Watch” saatına yazılıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil omazdan əvvəl jurnalist Camal Qaşıqçı “İPhone” smartfonunu nişanlısına verib və “Apple Watch” saatını isə səsyazan rejiminə keçirib”.

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin hüquq-mühafizə orqanlarından bildiriblər.

Bildirilib ki, itkin düşmüş sayılan jurnalistin qolunda qalan “Apple Watch” saatı smartfonla sinxronlaşdırılıb: “Nəticədə sorğu-sualın audioyazsı, işgəncə və jurnalistin qətli “iPhone”a ötürülüb, sonra isə avtomatik olaraq “Apple iGloud” əlavəsinə yüklənib”.

Səudiyyə Ərəbstanının kəşfiyyatı jurnalistin qolundakı saatı görəndə bütün qeydləri silməyə cəhd göstərib. Bununla belə, bəzi qeydləri silə bilməyiblər. Sonrakı araşdırmada qətlin baş verdiyi müəyyən olunub.

Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsuluğuna daxil olduqdan sonra itkin düşüb.

Son xəbərlər

Orphus sistemi