Ərdoğan: "Çağırışlar qulağa xoş gəlir, ancaq real həyatda tətbiq daha vacibdir"

Ərdoğan: "Çağırışlar qulağa xoş gəlir, ancaq real həyatda tətbiq daha vacibdir" Türkiyə prezidenti PKK liderinin sözlərini dəyərləndirib
Region
1 Mart , 2015 03:50
Ərdoğan: Çağırışlar qulağa xoş gəlir, ancaq real həyatda tətbiq daha vacibdir

Bakı. 1 Mart. REPORT.AZ/ Səudiyyə Ərabistanına rəsmi səfəri öncəsində Ankara havalaanında mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İmralı adasında ömürlük həbs cəzasını çəkən terrorçu PKK təşkilatının lideri Abdullah Öcalanın tərəfdarlarına mübarizəni dayandıraraq və nizamlanmaya dair konqres keçirmək çağırışına münasibət bildirib.

"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, R.T. Ərdoğan deyib ki, bu kimi çağırışlar qulağa xoş gəlir, ancaq real həyatda tətbiq daha vacibdir.

"Silahlı mübarizənin dayandırılmasına dair çağırış çox vacib bir gözlənti idi. Bu cəmiyyətdə konsensusa dair prosesin tərkib hissəsidr. Ancaq bizim üçün vacib olan bu çağırışların tətbiqidir. Arzum odur ki, verilən sözə riayət edilsin", - deyə Türkiyə prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi