IMF nümayəndəsi koronavirusa görə İrana gəldi

IMF nümayəndəsi koronavirusa görə İrana gəldi Beynəlxalq Valyuta Fondunun (IMF) məsul şəxsi martın 18-də İran Mərkəzi Bankına maliyyə dəstəyi ilə bağlı danışıqlara başlayıb.
Region
18 Mart , 2020 12:30
IMF nümayəndəsi koronavirusa görə İrana gəldi

Beynəlxalq Valyuta Fondunun (IMF) məsul şəxsi martın 18-də İran Mərkəzi Bankına maliyyə dəstəyi ilə bağlı danışıqlara başlayıb. 

“Report” xəbər verir ki, məlumatı “Mehrnews” yayıb.

Bildirilib ki, IMF-nin nümayəndəsi İranın koronavirusa qarşı mübarizə məqsədilə istədiyi maliyyə dəstəyini dəyərləndirir.

Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif IMF-dən koronavirusa qarşı mübarizə aparmaq üçün 5 milyard ABŞ dolları məbləğində yardım istəmişdi.

Martın 17-nə olan rəsmi məlumata görə, İranda koronavirus nəticəsində 988 nəfər ölüb, yoluxanların sayı isə 16 min 169 nəfər çatıb.

Son xəbərlər

Orphus sistemi