Buxarestdə Gürcüstan və Türkiyə XİN başçıları arasında görüş olacaq

Buxarestdə Gürcüstan və Türkiyə XİN başçıları arasında görüş olacaq Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Rumıniyaya səfərə gedib
Region
22 Aprel , 2021 09:35
Buxarestdə Gürcüstan və Türkiyə XİN başçıları arasında görüş olacaq
David Zalkaliani və Mövlud Çavuşoğlu

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Rumıniyaya səfərə gedib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçısı aprelin 22-23-də Buxarestdə keçiriləcək Türkiyə, Polşa və Rumıniya xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşdə regional təhlükəsizlik, Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyası məsələləri müzakirə olunacaq.

D.Zalkaliani Türkiyə, Rumıniya, Ukrayna və Polşa XİN başçıları ilə təkbətək görüşlər keçirəcək. Gürcüstan və Rumıniya XİN-ləri arasında 2021-2022-ci illər üçün fəaliyyət planının imzalanması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi