Buryatiyada baş verən yanğın nəticəsində bir qadın və uşaq ölüb

Buryatiyada baş verən yanğın nəticəsində bir qadın və uşaq ölüb Buryatiyanın Tunkinski rayonunda fərdi yaşayış evində baş verən yanğında qadın və uşaq ölüb.
Region
30 dekabr 2023 06:00
Buryatiyada baş verən yanğın nəticəsində bir qadın və uşaq ölüb

Rusiya Federasiyasının Buryatiya Respublikasının Tunkinski rayonunda fərdi yaşayış evində baş verən yanğında qadın və uşaq ölüb.

"Report" xəbər verir ki, bu barədə Respublika Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Tunkinski rayonunda evdə yanğın baş verməsi barədə məlumat daxil olub. Evin dam örtüyü və ona bitişik aynabənd yanıb.

Bildirilib ki, yanğın zamanı 52 yaşlı qadın və 2020-ci il təvəllüdlü uşaq ölü halda tapılıb.

Son xəbərlər

Orphus sistemi