Bülent Arınc və xanımı koronavirusa yoluxub

Bülent Arınc və xanımı koronavirusa yoluxub Türkiyə Böyük Millət Məclisinin keçmiş sədir, Prezident administrasiyası Ali Məsləhət Quruluşunun üzvü Bilənt Ecevit və xanımı koronavirusa yoluxub.
Region
394
10 Sentyabr , 2020 16:15
Bülent Arınc və xanımı koronavirusa yoluxub
Bülent Arınc

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, Prezident Administrasiyası Ali Məsləhət Quruluşunun üzvü Bülent Arınc və xanımı koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı İHA yayıb.

“Bu gün həyat yoldaşım və mənim koronavirus şübhəsi ilə xəstəxanada verdiyimiz testin nəticəsi müsbət çıxdı. Müalicəmiz evdə aparılacaq. Dualarınıza və xoş diləklərinizə ehtiyacımız var. Biz də bu və buna bənzər xəstəliklərə məruz qalan bütün dostlarımıza və millətimizin hər fərdinə Rəbbimizdən şəfa diləyirik”, - B.Arınc bildirib.

Son xəbərlər

Orphus sistemi