Bu ölkədə 14 milyona yaxın insan koronavirus testindən keçirilib

Bu ölkədə 14 milyona yaxın insan koronavirus testindən keçirilib 147 milyon əhalisi olan Rusiyada indiyədək 14 milyona yaxın insan koronavirus testindən keçirilib.
Region
10 İyun , 2020 10:45
Bu ölkədə 14 milyona yaxın insan koronavirus testindən keçirilib

147 milyon əhalisi olan Rusiyada indiyədək 14 milyona yaxın insan koronavirus testindən keçirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

“Rusiya Federasiyasında 13,5 milyondan çox koronavirus testləri keçirilib. Hazırda 318 min nəfər tibbi müşahidə altındadır”, - Federal Xidmətdən bildirilib.

Ölkədə ötən sutkada keçirilən koronavirus testlərinin sayı 290 min olub.

Xatırladaq ki, iyunun 9-na olan məlumata görə, Rusiyada indiyədək 485 253 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 242 397 nəfər sağalıb, 6 142 nəfər isə ölüb. 

Son xəbərlər

Orphus sistemi