Bu il Gürcüstanda 570 nəfər QİÇS-ə yoluxub

Bu il Gürcüstanda 570 nəfər QİÇS-ə yoluxub Tbilisi. 7 noyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən Gürcüstanda QİÇS-ə yoluxanların sayı 570 nəfər artıb.
Region
7 Noyabr , 2018 13:47
Bu il Gürcüstanda 570 nəfər QİÇS-ə yoluxub

Tbilisi. 7 noyabr. REPORT.AZ/ Bu ilin əvvəlindən Gürcüstanda QİÇS-ə yoluxanların sayı 570 nəfər artıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.

2018-ci il noyabrın 6-na ölkədə, ümumilikdə, 7332 QİÇS-ə yoluxma halı qeydə alınıb.

Xəstəliyə yoluxanların 5486 nəfəri kişi, 1846-sı isə qadındır. Pasiyentlərin böyük əksəriyyəti 29-40 yaş qrupuna aiddir. QİÇS 3816 xəstədə inkişaf edib, 1495 nəfər isə dünyasını dəyişib.

HİV infeksiyasına yoluxma hallarının 46,2%-i heteroseksual əlaqə, 40,2%-i isə narkotik vasitələrdən istifadə ilə əlaqəlidir.

QİÇS-ə yoluxan şəxslərin böyük əksəriyyəti (2587 nəfər) Tbilisinin payına düşür. Xəstəlik daşıyıcılarının 87 nəfərini əcnəbi vətəndaşlar təşkil edir.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə yoluxma ilə bağlı ilk hal 1989-cu ildə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi