Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur.
Region
19 May , 2020 11:21
Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü qeyd olunur. 

“Report” xəbər verir ki, mayın 19-u İstiqlaliyyət müharibəsinin başlanğıcından 101 il ötür.

Koronavirus pandemiyası ilə əlaqədar Atatürkü Anma, Gənclik və İdman Bayramı küçəyə çıxma qadağası olduğuna görə evlərdə qeyd ediləcək. Bundan başqa, bu axşam Türkiyə vaxtı ilə saat 19:19-da samsunlular evlərinin eyvanından “İstiqlal Marşı”nı (Türkiyə Respublikasının Dövlət Himnini) oxuyacaqlar.

Qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi Birinci Dünya müharibəsindən məğlub olaraq çıxan Osmanlı dövlətinin Antanta qüvvələri tərəfindən işğalı sonucunda Misak-i Milli, yəni Mustafa Kamal (1934-cü ildən Atatürk) və silahdaşları tərəfindən qəbul edilən Türkiyə sərhədləri daxilində ölkənin bütövlüyü üçün Samsun şəhərində başladılan çoxcəbhəli siyasi və hərbi mübarizədir.

Atatürk həyat yoldaşı ilə birgə bayramı qeyd edir
Atatürk həyat yoldaşı ilə birgə bayramı qeyd edir

Mayın 19-u əvvəlcə 1935-ci ildə Atatürk Günü adı altında rəsmiyyət qazanıb. 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib və mayın 19-u Gənclik və İdman Bayramı olaraq qeyd edilməyə başlayıb. 1980-ci il sentyabrın 12-də baş tutan hərbi çevrilişdən 1 il sonra bayram “Atatürkü Anma, Gənclik və İdman Bayramı” adını alıb.

Xatırladaq ki, Atatürkü Anma, Gənclik və İdman Bayramı, Türkiyədən başqa, Şimali Kipr Türk Respublikasında da qeyd edilir. 

Son xəbərlər

Orphus sistemi