Türkiyə Prezidenti Rusiyaya yola düşüb

Türkiyə Prezidenti Rusiyaya yola düşüb Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.
Region
64243
14 Fevral , 2019 12:44
Türkiyə Prezidenti Rusiyaya yola düşüb
0 : 00
0 : 00

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, Milli Kəşfiyyat Xidmətinin (Milli İstiqabarat Təşkilatı) başçısı Hakan Fidan, Türkiyə Prezident Administarsiyasının Əlaqələr idarəsinin başçısı Fəxrəddin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşayiət edir.

Bildirilib ki, R.T.Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə birlikdə Suriyada vəziyyətə dair IV Sammitdə iştirak edəcək. Sammitdə Suriayda sülhün əldə olunması çərçivəsində birgə səylərin müzakirə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi