Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub - VİDEO

Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub - VİDEO Bakı. 30 yanvar. REPORT.AZ/ Qətl törətməkdə günahlandırılan rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov da cinayət işinin istintaqı çərçivəsində Sankt-Peterburqda saxlanılıb.
Region
30 Yanvar , 2019 14:59
Bu gün saxlanılan rusiyalı senatorun atası da həbs olunub - VİDEO
TASS

Bakı. 30 yanvar. REPORT.AZ/ Qətl törətməkdə günahlandırılan rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov da cinayət işinin istintaqı çərçivəsində Sankt-Peterburqda saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Raul Araşukov "Qazprom"un ofislərindən birində saxlanılıb.

Rauf Araşukov isə ömürlük həbs cəzası ilə üzləşə bilər. Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi belə cəzanı nəzərdə tutur.

Daha əvvəl rusiyalı senator Rauf Araşukovun bu gün Federasiya Şurasının iclas salonunda saxlanıldığı bildirilib. 

Son xəbərlər

Orphus sistemi