BTQ ilə yola salınan qatar son stansiyaya çatıb

BTQ ilə yola salınan qatar son stansiyaya çatıb Yük qatarı Mersin şəhər stansiyasına çatıb
Region
4 Noyabr , 2017 18:22
BTQ ilə yola salınan qatar son stansiyaya çatıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar sonuncu stansiyaya çatıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yük qatarı Mersin şəhər stansiyasına çatıb. Otuz konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib və 600 ton buğda daşıyıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktyabrın 30-da reallaşıb. 

Son xəbərlər

Orphus sistemi