Brüsseldə NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq

Brüsseldə NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsseldə səfərdə olacaq
Region
14 Yanvar , 2022 17:35
Brüsseldə NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsseldə səfərdə olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçısı səfər çərçivəsində NATO və Avropa İttifaqının mənzil-qərargahlarında görüşlər keçirəcək.

D.Zalkalianinin Alyansın Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşü olacaq. Nazirin NATO-ya üzv ölkələrin səfirləri ilə qeyri-rəsmi görüşü də planlaşdırılıb.

Görüşlərin əsas məqsədi NATO və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə davam edən dialoq çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasıdır. Tərəflər həmçinin NATO-Gürcüstan əməkfaşlığının dinamikası və Avroatlantik regionda təhlükəsizlik sahəsində mürəkkəb vəziyyəti də nəzərdən keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi