Brüsseldə Gürcüstan-NATO hərbi əməkdaşlığı müzakirə edilib  

Brüsseldə Gürcüstan-NATO hərbi əməkdaşlığı müzakirə edilib   Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Giorgi Matiaşvili Brüsseldə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauerlə görüşüb.
Region
18 May , 2022 12:38
Brüsseldə Gürcüstan-NATO hərbi əməkdaşlığı müzakirə edilib  

Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili Brüsseldə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauerlə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın, həmçinin gələcək prioritetlər və perspektivlərin müzakirəsini aparıblar.

Görüşün əsas müzakirə mövzusu regionda təhlükəsizlik vəziyyəti, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi olub. Tərəflər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək, Ukrayna xalqına həmrəylik ifadə ediblər və Rusiyanın hərəkətlərini pisləyiblər.

G.Matiaşvili NATO admiralını Gürcüstan Müdafiə Qüvvələrində gedən transformasiya prosesi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə uzunmüddətli inkişaf planı barədə məlumat verib. Qeyd edilib ki, bu plan NATO ilə əməkdaşlığın bütün praktik mexanizmlərindən istifadəni nəzərdə tutur və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının artırılmasına yönəldilib.

Görüşdə Gürcüstanın NATO-nun rəhbərlik etdiyi beynəlxalq sülhməramlı əməliyyatlara böyük töhfəsi vurğulanıb və Gürcüstan tərəfinin Alyansın missiya və əməliyyatlarında gələcəkdə iştirakını davam etdirməyə hazırlığı ifadə olunub.

Son xəbərlər

Orphus sistemi