Britaniyanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub

Britaniyanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub Böyük Britaniyanın Baş naziri Boris Consonla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Region
102
11 Mart , 2021 10:12
Britaniyanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub
Boris Conson və Həsən Ruhani

Böyük Britaniyanın Baş naziri Boris Consonla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Telefon danışığında H.Ruhani ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləinə münasibətini qınayaraq deyib: “ABŞ-ın keçmiş prezidenti Donald Trampın yürütdüyü siyasət nəticəsində beynəlxalq əməkdaşlığa ziyan dəyib. Təəssüf ki bu məsələdə BMT və qurumun Təhlükəsizlik Şurası da düzgün və tərəfsiz davranmayıb. Avropa ölkələrinin nüvə razılaşması məsələsində öhdəliklərə əməl etməməsi onlara olan etibarın itməsinə və diplomatik sahədə gərginliyə səbəb olub”.

H.Ruhani Böyük Britaniya və Avropanın daha iki ölkəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətində İrana qarşı qərarı geri çəkməsi ilə bağlı qərarını alqışlayıb.

B.Conson və H.Ruhani İranın Britaniya banklarında dondurulan pulları ilə bağlı məsələni də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi