““Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiyanın Belarus ərazisindən Ukraynaya yeni hücumuna rəhbərlik edə bilər”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş Qərargahının keçmiş rəisi, general Riçard Dannat bildirib.
O söyləyib ki, “Vaqner”in başçısının Belarusa getməsi faktı müəyyən narahatlıqlar yaradır.
General qeyd edib ki, Y.Priqojinin ətrafında döyüşə hazır qüvvələr saxlaması Kiyevə ən yaxın olan Ukrayna cinahı üçün yenidən təhlükə yaradacaq.