Qərb ölkələrinin bir sıra səfirlikləri əməkdaşlarını İrandan çıxara bilər

Qərb ölkələrinin bir sıra səfirlikləri əməkdaşlarını İrandan çıxara bilər Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktından sonra Böyük Britaniya və Almaniyanın diplomatik nümayəndəlikləri əməkdaşlarını İrandan təxliyə edə bilər.
Region
30 Yanvar , 2023 14:45
Qərb ölkələrinin bir sıra səfirlikləri əməkdaşlarını İrandan çıxara bilər

Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktından sonra bir sıra Qərb ölkələrinin diplomatik nümayəndəlikləri əməkdaşlarını İrandan təxliyə edə bilər.

“Report”un məlumatına görə, həmin ölkələrin Xarici İşlər nazirlikləri diplomatların İrandan təxliyəsinin mümkünlüyünü açıqlayıb.

Məlumata görə, buna səbəb İranın öz ərazisindəki xarici səfirliklərin təhlükəsizliyinə zəmanət verə bilməməsidir. Bunu Azərbaycanın diplomatik missiyasında törədilən terror aktı təsdiq edib. Nəticədə səfirliyin bir əməkdaşı qətlə yetirilib, ikisi yaralanıb.  

Azərbaycan Tehrandakı səfirlik üzvlərini təxliyə edib.

Son xəbərlər

Orphus sistemi