​Bosfor boğazında yük gəmisi ilə kater toqquşub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb - VİDEO

​Bosfor boğazında yük gəmisi ilə kater toqquşub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb - VİDEO Hadisədən sonra ölmüş bir nəfərin meyiti və ikisinin vəziyyəti ağır olmaqla 6 yaralı sudan çıxarılıb
Region
17 Avqust , 2016 16:10
​Bosfor boğazında yük gəmisi ilə kater toqquşub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Bosfor boğazında yük gəmisi ilə kater toqquşub. 

"Report" Haberturk-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İstanbulun Sarayburnu rayonu sahillərində baş verib.

Nəticədə Türkiyə Sahil Mühafizə Xidmətinin 3 əməkdaşı ölüb, 4-ü yaralanıb.

Hadisədən sonra ölmüş bir nəfərin meyiti və ikisinin vəziyyəti ağır olmaqla 6 yaralı sudan çıxarılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, ağır yaralıların həyatını xilas etmək mümkün olmayıb. 

FOTO: "Milliyet"

Son xəbərlər

Orphus sistemi