Borrel Ukraynanın NATO-ya daxil olması barədə: "Tuta bilməyəcəyimiz vədlər vermək səhvdir"

Borrel Ukraynanın NATO-ya daxil olması barədə: "Tuta bilməyəcəyimiz vədlər vermək səhvdir" “Etiraf etməyə hazıram ki, biz bir sıra səhvlərə yol vermişik və Rusiyanın Qərblə yaxınlaşması imkanını itirmişik"
Region
11 Mart , 2022 13:26
Borrel Ukraynanın NATO-ya daxil olması barədə: Tuta bilməyəcəyimiz vədlər vermək səhvdir
Cozep Borrell

“Etiraf etməyə hazıram ki, biz bir sıra səhvlərə yol vermişik və Rusiyanın Qərblə yaxınlaşması imkanını itirmişik”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel TF1 telekanalına müsahibəsində söyləyib.

“Elə məqamlar var ki, biz daha yaxşısını edə bilərdik, elə məqamlar var ki, biz onları təklif etmişik, sonra həyata keçirə bilməmişik. Məsələn, Ukrayna və Gürcüstanın NATO-ya daxil olması vədi... Məncə, tuta bilməyəcəyimiz vədlər vermək səhvdir”, - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi