Borrel: “Aİ-nin "Strateji kompas" sənədi Ukrayna müharibəsinə cavabın bir hissəsidir"

Borrel: “Aİ-nin "Strateji kompas" sənədi Ukrayna müharibəsinə cavabın bir hissəsidir" "Avropa İttifaqının Strateji kompası Ukrayna ətrafında cərəyan edən hadisələrə cavabın bir hissəsidir".
Region
21 Mart , 2022 16:35
Borrel: “Aİ-nin Strateji kompas sənədi Ukrayna müharibəsinə cavabın bir hissəsidir

"Avropa İttifaqının "Strateji kompas" sənədi Ukrayna ətrafında cərəyan edən hadisələrə cavabın bir hissəsidir".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter səhifəsində etdiyi video paylaşımda deyib.

“Müdafiə nazirlərinin görüşündə "Strateji kompas"ı təsdiq etməyi düşünürük. Bu, Ukrayna müharibəsinə cavab deyil, amma onun bir hissəsidir”, - o bildirib.

J.Borrel söyləyib ki, təşkilata üzv ölkələr hərbi potensialı gücləndirməli və bunu koordinasiyalı şəkildə həyata keçirməlidir: "Artıq 2 ildir "Strateji kompas"ın üzərində işləyirik. Məqsəd üzləşdiyimiz təhlükə və çağırışları həll etmək üçün Avropa İttifaqının gündəliyini hazırlamaqdır”.

Son xəbərlər

Orphus sistemi