“Borçalı" İctimai Birliyi ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyir

“Borçalı" İctimai Birliyi ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyir İB işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə bağlı bəyanat verib
Region
6 İyul , 2017 20:40
“Borçalı İctimai Birliyi ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını qətiyyətlə pisləyir

Tbilisi. 6 iyul. REPORT.AZ/ "Ermənistan Azərbaycan ərazilərinin işğalının davam etdirmək, sülh siyasətinə, eləcə də, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına salmaq cəhdini davam etdirir."

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər “Borçalı” İctimai Birliyinin (İB) işğalçı Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonu ərazisində törətdiyi təxribat və qanlı cinayətlərlə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, “Borçalı” İB işğalçı Ermənistan ordusunun 2017-ci il iyulun 4-də cəbhə xəttində yaratdıqları təxribatı zamanı mülki əhalinin həlak olmalarını qətiyyətlə pisləyir, bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək, sülh siyasətinə, eləcə də, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına salmaq cəhdi kimi qəbul edir və bu addıma qəti etirazını bildirir.

İyulun 4-də ermənilərin cəbhə xəttində törətdiyi təxribatın bir daha gürcü ictimaiyyətinə çatdırıldığı bəyanatda bildirilir ki, cəbhədə baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi və işğalçı siyasi rəhbərliyinin üzərinə düşür: "XX-əsrin sonlarında Azərbaycanın tarixi, dədə-baba torpağı, ayrılmaz və tərkib hissəsi olan Dağlıq-Qarabağda, eləcə də, 1992 ci-il fevral ayının 26-da Ermənistan ordusu tərəfindən Xocalı da insanlığa yaraşmayan soyqırımı törədildi. Biz, bütün dünyada yaşayan azərbaycanlı gənclər hər zaman yaşadığımız ölkələrdə Dağlıq Qarabağda, eləcə də, Xocalıda törədilmiş terroru və soyqırımı dünya ictimaiyyətinə çatdıraraq gələcəkdə bu kimi hadisələrin – işğalçılığın, soyqırımının təkrarlanmasının, uşaqların və mülki şəxslərin qətlə yetirilməsinin əleyhinə olduğumuzu hər zaman bəyan etmişik.

XXI əsr 2017 ci ilin bəşər tarixinin qloballaşan bir dövründə iki yaşlı uşağın və mülki şəxslərin öldürüldüyünü gördüyümüzdə ikinci dəfə Xocalı soyqırımını yaşamış olduq. ATƏT-in Minsk qrupunun həmsədrləri, bu quruma üzv olan ölkələr, eləcə də, vasitəçilik missiyasını daşıyanlar bu məsələyə kəskin münasibət bildirməlidirlər. AŞPA və beynəlxalq qurumlarda insan hüquq və azadlıqları, uşaq hüquqlarının eləcədə demokratiya və söz azadlığının müdafiəsinə qalxanlar, erməni qəsbkarlarının törətdiyi vəhşiliyə, iki yaşılı uşağın və mülki şəxslərin qətlə yetirilməsinə yenə də laqeyd yanaşırlar. Bu cür ikili siyasətin nəticəsidir ki, ermənilərin Qarabağ müharibəsində dinc insanlara, xüsusilə uşaqlara qarşı törətdiyi vəhşiliklər atəşkəs dövründə də davam edir. Cəbhəyanı ərazilərdə yaşayan insanların, xüsusilə körpə uşaqların həyatı üçün ciddi təhlükə yaranır, bəzi hallarda isə onlar həlak olurlar.

Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər işğalçı Ermənistanı atəşkəs rejimini pozmamağa və işğal etdikləri Azərbaycan torpaqlarını qeyri şərtsiz azad etməyi tələb edirik və beynəlxalq ictimaiyyətə də bizim tələbimizi dəstəkləməyə dəvət edirik.

Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər hər zaman dünyada və regiondakı işğalçılığı qınayır Gürcüstanın və Azərbaycanın işğal edilmiş 20 faiz torpaqlarının sülh yolu ilə azad olunacağı günü gözləyirik." 

Son xəbərlər

Orphus sistemi