​Bolqarıstan Türkiyə ilə sərhəddə 160 km-lik divar tikəcək

​Bolqarıstan Türkiyə ilə sərhəddə 160 km-lik divar tikəcək Bolqarıstan "Şengen müqaviləsi"nə üzv olmaq istəyir
Region
6 Aprel , 2015 17:52
​Bolqarıstan Türkiyə ilə sərhəddə 160 km-lik divar tikəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Bolqarıstan hakimiyyəti Türkiyə ilə sərhəddə maneə divarının uzunluğunu 160 kilometrə çatdırmaq niyyətindədir. 

"Report" NTV kanalına istinadən xəbər verir ki, Bolqarıstan "Şengen müqaviləsi"nə üzv olmaq istəyir. Bu səbəbdən də Türkiyədən ölkəyə qanunsuz yolla keçmək istəyənlərin qarşısını almaq üçün sərhəd-divar maneləri tikir.

Məlumatda bildirilib ki, sərhəddə qaçaqların yolu yalnız divarla kəsilməyəcək, həm də sərhəd-divarda hər 100 metrdən bir mühafizə postu olacaq.

Xatırladaq ki, Bolqarıstan 2007-ci ildən Avropa İttifaqının üzvü olsa da, "Şengen qrupu"na daxil ola bilməyib. Bolqarlar 2013-cü ilin noyabrında 32 kilometr uzunluğunda sərhəd-divarın tikintisinə başlayıb. Həmin divarın tikintisi isə 2014-cü ilin sentyabrında yekunlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi