Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırılıb

Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırılıb Bolqarıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Region
19 Noyabr , 2021 11:57
Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırılıb

Bolqarıstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

2021-ci il noyabrın 14-də Bolqarıstanda Prezident və parlament seçkiləri keçirilib. Bolqarıstan iddia edir ki, Türkiyə bu siyasi kampaniyanın gedişinə müdaxilə edib. Bu məqsədlə Türkiyənin Sofiyadakı səfiri Bolqarıstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna cavab olaraq Bolqarıstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb.

Türkiyə tərəfi bu cür iddiaları əsassız sayır. Bildirib ki, Avropa Şurası və Avropa İttifaqının üzvü olan Bolqarıstanın vətəndaşlarının ən elementar hüququndan Türkiyədə istifadə etməsinə belə iddialarla yanaşmaq qəbuledilməzdir.

Son xəbərlər

Orphus sistemi