Avropanın dörd ölkəsi Rusiya diplomatlarını ölkədən çıxarır - YENİLƏNİB

Avropanın dörd ölkəsi Rusiya diplomatlarını ölkədən çıxarır - YENİLƏNİB Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə akkreditə edilmiş 10 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.
Region
18 Mart , 2022 16:35
Avropanın dörd ölkəsi Rusiya diplomatlarını ölkədən çıxarır - YENİLƏNİB

Estoniya Rusiyanın 3 diplomatını “arzuolunmaz şəxs” elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onlar Estoniyanın təhlükəsizliyini təhdid etməkdə və ölkə əleyhinə təbliğat aparmaqda ittiham olunurlar. 

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç də bildirib ki, Latviya diplomatik statusla ziddiyyət təşkil edən fəaliyyətinə və Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə görə Rusiya səfirliyinin 3 diplomatını ölkədən çıxarır.

Litva da 3 rusiyalı diplomatı ölkədən çıxarıb. 

15:04

Bolqarıstan Xarici İşlər Nazirliyi ölkədə akkreditə edilmiş 10 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.

“Report” xəbər verir ki, bununla bağlı xarici işlər nazirinin müavini Vasil Georgiyev Rusiya səfiri Eleonora Mitrofanova şifahi nota təqdim edib.

Nazirliyin açıqlamasına görə, belə bir addım həmin şəxslərin Vyana Diplomatik Əlaqələr Konvensiyasına zidd fəaliyyət göstərdiklərinə görə atılıb. Rusiyalı diplomatlar Bolqarıstan ərazisini 72 saat ərzində tərk etməlidirlər.

Səfir E.Mitrofanova isə bunu “dostluqdan uzaq bir addım kimi” qəbul etdiklərini və cavab addımları atacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi