Bolnisinin daha bir neçə kəndi tam təcrid olunub

Bolnisinin daha bir neçə kəndi tam təcrid olunub “Ötən gün Bolnisinin Kazreti və Baliçi kəndləri bələdiyyə mərkəzindən təcrid olunub”.
Region
17 Aprel , 2020 12:46
Bolnisinin daha bir neçə kəndi tam təcrid olunub

“Ötən gün Bolnisinin Kazreti və Baliçi kəndləri bələdiyyə mərkəzindən təcrid olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, həmin kəndlərdə koronavirusun yayılması ilə bağlı yüksək risk var: “Bolnisi bələdiyyəsində infeksiyanın yayılması geniş miqyas alıb. Bu səbəbdən biz Bolnisi bələdiyyə mərkəzi və Raçisubani kəndinin də bağlanılması barədə qərar qəbul etmişik”.

Qeyd edək ki, bu günə qədər Bolnisinin Kvemo Bolnisi (Kəpənəkçi) və Savaneti (İmirhəsən) kəndləri də tam təcrid olunub. Rayonda koronavirusa 35 nəfər yoluxub. 

Son xəbərlər

Orphus sistemi