Bolnisidə daha iki kəndə giriş-çıxış bağlandı

Bolnisidə daha iki kəndə giriş-çıxış bağlandı Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusa yoluxanların sayı 80-ə çatıb.
Region
25 Aprel , 2020 11:57
Bolnisidə daha iki kəndə giriş-çıxış bağlandı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusa yoluxanların sayı 80-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Rayonda yüksək epidemioloji riskə görə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyəsi əsasında Xatisopeli və Muşevani kəndlərinə giriş-çıxış bağlanılıb, hər iki kənd ciddi karantin zonası elan edilib.

Bolnisi bələdiyyəsi koronavirusun geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə hər iki kəndi təcrid edib. Kəndlərin girişlərində blok-postlar qurulub. Hər iki yaşayış məntəqəsinə ərzaq və dərman vasitələrinin gecikmə olmadan çatdırılması təmin ediləcək.

Qeyd edək ki, bundan öncə Bolnisinin Raçisubani, Kvemo Bolnisi (Kəpənəkçi), Savaneti (İmirhəsən), Baliçi və Daba Kazreti kəndlərinə də giriş-çıxış bağlanıb. 

Son xəbərlər

Orphus sistemi