Bolnisidə COVID-19-a yoluxanların sayı 95-ə çatdı

Bolnisidə COVID-19-a yoluxanların sayı 95-ə çatdı Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.
Region
30 Aprel , 2020 11:00
Bolnisidə COVID-19-a yoluxanların sayı 95-ə çatdı

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər Savaneti (İmirhəsən) kəndində virusa yoluxanlarla təmasda olanlardır.

Bununla da Bolnisidə COVID-19 virus infeksiyasına yoluxanların sayı 95-ə çatıb. Onların 5-i sağalıb, 2-si isə dünyasını dəyişib.

Rayon üzrə karantində 113, özünütəcriddə isə 259 nəfər var.

Son xəbərlər

Orphus sistemi