Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda təcili tibbi yardım xidmətinin 5 işçisi koronavirusa yoluxub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Hazırkı mərhələdə tibb işçilərinin yoluxma mənbəyi məlum deyil. Onların təmasda olduğu bütün şəxslər özünütəcrid rejimindədirlər.