BMT: Ukraynanı 3,7 milyondan çox insan tərk edib

BMT: Ukraynanı 3,7 milyondan çox insan tərk edib Hərbi əməliyyatlar başlayandan indiyədək 3 milyon 725 min 806 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib.
Region
25 Mart , 2022 22:01
BMT: Ukraynanı 3,7 milyondan çox insan tərk edib

Hərbi əməliyyatlar başlayandan indiyədək 3 milyon 725 min 806 qaçqın Ukraynanın qonşu dövlətlərlə sərhədini keçib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən ölkəni tərk edən Ukrayna vətəndaşlarının yarıdan çoxu Polşadadır.

Belə ki, 2 milyon 206 min 119 qaçqın Polşa, 572 min 754 nəfər Rumıniya, 376 min 748 nəfər Moldova, 336 min 701 nəfər Macarıstan, 271 min 254 nəfər Rusiya, 263 min 959 nəfər Slovakiya, 6 min 341 nəfər Belarus sərhədlərini keçib.

Bu rəqəmlərə əlavə olaraq, UNHCR fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 113 min insanın Rusiyaya qaçdığını bildirib.

Son xəbərlər

Orphus sistemi