Ukraynalı qaçqınların sayı 3 milyon nəfərə çatıb

Ukraynalı qaçqınların sayı 3 milyon nəfərə çatıb Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi Ukraynadan qonşu ölkələrə köçən qaçqınların sayı 3 milyon nəfərə çatıb.
Region
16 Mart , 2022 04:54
Ukraynalı qaçqınların sayı 3 milyon nəfərə çatıb

Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi Ukraynadan qonşu ölkələrə köçən qaçqınların sayı 3 milyon nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Pol Dillon BMT-nin Cenevrədəki ofisində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, fevralın 24-dən Ukraynanı tərk edən qaçqınların sayı 3 milyon nəfərə çatıb.

Onların 157 min nəfəri üçüncü ölkə vətəndaşıdır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNISEF) mətbuat katibi Ceyms Elder bildirib ki, döyüşlər başlayandan çoxlu uşaq yaralanıb və ya öldürülüb.

Elder bildirib ki, bu günə kimi 1,4 milyondan çox uşaq qaçqın olub. Bu o deməkdir ki, müharibə başlayandan hər gün 70 minə yaxın uşaq qaçqın düşüb.

Onun sözlərinə görə, Ukraynada miqrasiya böhranı inkişaf sürəti və miqyası baxımından İkinci Dünya Müharibəsindən indiyə kimi görünməmiş böhrandır.

Son xəbərlər

Orphus sistemi