BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.
Region
253
3 May , 2022 05:23
BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb.

“Report”un UNİAN-a istinadən xəbərinə görə, belə məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında təqdim edilib.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3 000-dən çox mülki şəxs həlak olub.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3 153 nəfərin öldüyünü və 3 316 dinc sakinin xəsarət aldığını təsdiqləyə bilib. Bunlar fevralın 24-dən mayın 1-nə keçən gecə yarısına qədər olan məlumatlardır", - komissarlıqdan bildirilib.

Bununla yanaşı, təşkilat gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumatların alınmasının ləngidiyi və mülki itkilərlə bağlı məlumatların gəldiyi yerlərdən gələn bir çox xəbərlərin hələ də təsdiqlənməli olduğu üçün real rəqəmlərin xeyli yüksək olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi