BMT: Ukraynada 977 mülki şəxs həlak olub, 1 600-yə yaxın insan yaralanıb

BMT: Ukraynada 977 mülki şəxs həlak olub, 1 600-yə yaxın insan yaralanıb Rusiyanın Ukraynaya müharibəsi başlayandan indiyə kimi bu ölkədə 977 dinc sakin həlak olub, 1594 nəfərdən çox dinc sakin yaralanıb.
Region
24 Mart , 2022 04:22
BMT: Ukraynada 977 mülki şəxs həlak olub, 1 600-yə yaxın insan yaralanıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan indiyə kimi bu ölkədə 977 dinc sakin həlak olub, 1 594 nəfərdən çox dinc sakin yaralanıb.

“Report” xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Məlumata görə, müharibə zamanı 3 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə sığınıb.

Qeyd edilir ki, fevralın 24-dən 3 milyon 626 mindən çox insan Ukraynanı tərk edib ki, onların əksəriyyəti Polşaya gedib.

Polşa 2 milyon 144 min 244, Rumıniya 555 min 21 və Moldova 371 min 104 qaçqına sığınacaq verib.

Yüz minlərlə qaçqın Avropanın digər ölkələrinə gedib.

Son xəbərlər

Orphus sistemi