Bakı. 3 avqust. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın (KXDR) növbəti raket sınağını müzakirə edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ və Yaponiya məsələ ilə bağlı avqustun 3-də BMT Təhlükəsizlik Şurası üzvlərinin görüşünü təşkil edəcək: "Biz günün ikinci yarısında yapon həmkarlarımızla birlikdə BMT Təhlükəsizlik Şurası üzvlərinin təcili görüşünü çağırmaq niyyətindəyik".
Qeyd edək ki, Şimali Koreya bu gün səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raketin atışını həyata keçirib.