BMT: Suriyanın Rakka əyalətini 87 min sakin tərk edib

BMT: Suriyanın Rakka əyalətini 87 min sakin tərk edib Bölgədə daha 400 min nəfər dinc sakin qalmaqdadır
Region
6 İyun , 2017 16:21
BMT: Suriyanın Rakka əyalətini 87 min sakin tərk edib
Ria.ru

Bakı. 6 iyun. REPORT.AZ/ Suriyanın Rakka əyalətini mayın 1-dən indiyə qədər 87 min sakin tərk edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı iyunun 6-da BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi yayıb. 

İdarədən bildirilib ki, hazırda Rakkada daha 400 min nəfər ağır şəraitdə qalmaqdadır: “Rakkada humanitar vəziyyət ağır olaraq qalır. Şəhərdə ərzaq məhsulları və dərman pereparatları çatışmır”. 

Qeyd edək ki, terrorçu İŞİD qruplaşmasının özünə paytaxt elan etdiyi əyalət mərkəzi Rakka şəhərinin azad edilməsi əməliyyatı iyunun 5-də başlayıb. Əməliyyatı ABŞ və “Suriya Demokratik Qüvvələri” həyata keçirir. Bu təşkilata terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD başçılıq edir. Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, bu əməliyyatdan ölkəsinə zərər toxunarsa, anında cavab veriləcək. 

Son xəbərlər

Orphus sistemi