BMT-nin baş katibi İran və İraqa yardım etməyə çağırıb

BMT-nin baş katibi İran və İraqa yardım etməyə çağırıb BMT: “Ehtiyac yaranarsa, BMT yardım etməyə hazırdır”
Region
13 Noyabr , 2017 09:42
BMT-nin baş katibi İran və İraqa yardım etməyə çağırıb
BMT-nin baş katibi Antoniu Quterriş / REUTERS/ Denis Balibouse

Bakı. 13 noyabr. REPORT.AZ/ BMT-nin Baş katibi Antoniu Quterriş zəlzələnin nəticələrinin aradan qaldırlması üçün İraq və İrana yardım etməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, baş katibin müraciəti BMT-nin kommünikesində yayılıb.

“Baş katib zəlzələ nəticəsində itkilərdən və dağıntılardan məyusdur. Ehtiyac yaranarsa, BMT yardım etməyə hazırdır”, - kommünikedə vurğulanıb.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbi fəlakət nəticəsində İranda 200 nəfər ölüb, 1600 nəfər isə yaralanıb. Zəlzələ nəticəsində İraqda 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin sayının artacağı istisna deyil. 

Daha çox dağıntı İranın Kirmanşah və İlam əyalətlərində olub.

Son xəbərlər

Orphus sistemi