BMT Navalnının səhhətinə görə narahatlığını bildirib

BMT Navalnının səhhətinə görə narahatlığını bildirib “Müxalifətçi Aleksey Navalnının başına gələn hadisə bizi narahat edir, o sağalmaq üçün bütün lazımi tibbi yardımı almalıdır”
Region
694
21 Avqust , 2020 15:56
BMT Navalnının səhhətinə görə narahatlığını bildirib
0 : 00
0 : 00

“Müxalifətçi Aleksey Navalnının başına gələn hadisə bizi narahat edir, o sağalmaq üçün bütün lazımi tibbi yardımı almalıdır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin rəsmi nümayəndəsi Elizabet Trossel bildirib.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.

Son xəbərlər

Orphus sistemi