BMT baş katibinin Rusiyaya səfəri başlayır

BMT baş katibinin Rusiyaya səfəri başlayır BMT-nin baş katibi Antoniu Quterreşin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.
Region
12 May , 2021 03:48
BMT baş katibinin Rusiyaya səfəri başlayır
Antoniu Quterreş
0 : 00
0 : 00

BMT-nin baş katibi Antoniu Quterreşin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

BMT rəhbərinin çərşənbə günü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla Ukrayna məsələsini və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəyi planlaşdırılır.

Antoniu Quterreşin həmçinin onlayn formatda Rusiya prezidenti Vladimir Putinlə danışıqları gözlənilir.

Səfər Rusiya hökumətinin dəvəti ilə keçirilir və mayın 14-dək davam edəcək.

Quttereş təyyarə ilə Rusiyaya yola düşməsi ərəfəsində bildirib, Lavrovla görüşdə bütün təhlükəsizlik məsələlərini, o cümlədən Liviyada, Suriyada, Yəməndə, Ukraynada, Əfqanıstanda münaqişələr ətrafında yaranmış vəziyyətin müzakirəsini planlaşdırır.

Baş katibin sözlərinə görə, onun hədəfi təşkilatın fəaliyyətinin bütün sferalarında Rusiya Federasiyası ilə BMT arasında çox əhəmiyyətli əməkdaşlığın gücləndirməsinə imkan yaratmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi