BMT Baş katibi: “Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda mümkünsüzdür”

BMT Baş katibi: “Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda mümkünsüzdür” “Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda, təəssüf ki, mümkünsüzdür”.
Region
9 may 2023 09:27
BMT Baş katibi: “Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda mümkünsüzdür”

“Ukrayna ilə Rusiya arasında sülh danışıqları hazırda, təəssüf ki, mümkünsüzdür”.

“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterriş çərşənbə axşamı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hər iki tərəf qalib gələ biləcəklərinə əmindir.

“Biz konkret problemlərin həlli üçün tərəflərlə mümkün olduğu qədər dialoq qururuq. Ən mühüm təşəbbüs Ukraynadan taxıl ixracı idi... İndi isə atəşkəs və sülh danışıqlarına dərhal başlanılmasının mümkünlüyünü görmürəm”, - A.Quterriş bildirib.

O həmçinin vurğulayıb ki, BMT-nin əsas məqsədi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun ədalətli sülhü bərqərar etməkdir.

Son xəbərlər

Orphus sistemi