BMT baş katibi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun rəsmi açılışında çıxış edib

BMT baş katibi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun rəsmi açılışında çıxış edib Antoniu Quterriş BMT-də islahatlara ehtiyac duyulduğunu bildirib
Region
1 İyun , 2017 15:42
BMT baş katibi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun rəsmi açılışında çıxış edib
Report.az

Sankt-Peterburq. 1 iyun. REPORT.AZ/ "Sankt-Peterburq İqtisadi Forumu dünya ictimaiyyətinin və dünya iqtisadiyyatının problemlərini müzakirə etmək üçün vacib məkandır".

"Report"un Rusiya burosunun verdiyi məlumata görə, bu sözləri BMT-nin Baş katibi Antoniu Quterriş XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF-2017) açılışında deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq aləmdə ciddi fikir ayrılığı və etimad kasadlığı var.

"Texniki tərəqqi və dünya iqtisadiyyatının artımı dünya əhalisinin mütləq yoxsulluq göstəricisinin azalmasına gətirib çıxarıb. Lakin bu, həm də insanlar arasında qeyri-bərabərliyin həddən artıq böyüməsinə səbəb olub. Bu gün dünyanın ən zəngin 8 insanının var-dövləti planetin yerdə qalan əhalisinin kapitalı ilə demək olar, bərabərdir", - BMT baş katibi bildirib.

A.Quterriş eyni zamanda BMT-nin, o cümlədən təhlükəsizlik sahəsində, daha səmərəli fəaliyyət göstərməsi üçün təşkilatda islahatlar aparılmasına ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, rəsmi açılış mərasimini Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko açıb. O, İqtisadi Forumun qonaqlarını və iştirakçılarını salamlayıb.

SPBİF-2017-də həmçinin Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi