ABŞ-ın dövlət katibi ilə Rusiyanın XİN başçısının görüşü başa çatıb

ABŞ-ın dövlət katibi ilə Rusiyanın XİN başçısının görüşü başa çatıb İsveçin paytaxtı Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Region
2 Dekabr , 2021 15:40
ABŞ-ın dövlət katibi ilə Rusiyanın XİN başçısının görüşü başa çatıb
Entoni Blinkenl və Sergey Lavrov

İsveçin paytaxtı Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflərin müzakirələri 40 dəqiqə davam edib.

Görüş ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.

Görüş bağlı qapılar arxasında, mətbuata qapalı keçib.

Qeyd edək ki, bu, Blinkenlə Lavrovun bir il ərzində ikinci görüşüdür. Birinci görüş bu ilin mayında İslandiyanın paytaxtı Reykyavikdə olub. Onda görüş iki saata yaxın davam etmişdi.

Son xəbərlər

Orphus sistemi